EN

Tramp: İran nüvə planlarından imtina etməsə, razılaşma olmayacaq

ABŞ prezidenti Donald Trump Tehranın nüvə silahına sahib olmaq niyyətində olduğu təqdirdə İranla razılaşmaya getməyəcəklərini bildirib.

Doğru.az xəbər verir ki, bu barədə o, Fox Business telekanalına müsahibəsində danışıb. ABŞ lideri qeyd edib ki, “əgər onlar nüvə silahı planlarından imtina etməsələr, heç bir razılaşma olmayacaq”.

Tramp bir daha vurğulayıb ki, Iran nüvə silahına sahib olmamalıdır. O, daha əvvəl Islamabad şəhərində keçirilən danışıqlarda nüvə məsələsi istisna olmaqla əksər mövzularda razılıq əldə olunduğunu bildirmişdi.

İranla danışıqlardan sonra ABŞ-ın vitse-prezidenti J. D. Vance də Vaşinqtonun Tehranın nüvə silahı istehsal etməmək öhdəliyi götürəcəyinə ümid etdiyini qeyd edib.

DOĞRU.AZ

Chosen
20
dogru.az

1Sources