EN

Parisdə azərbaycanlı pianoçunun konserti maraqla izlənib (FOTO)

Bakı. Trend:

Fransanın paytaxtı Parisdə tanınmış azərbaycanlı pianoçu EldənizƏləkbərzadənin konserti keçirilib.

Trend xəbərverir ki, konsertdə Azərbaycan Respublikasının Diasporla İş üzrəDövlət Komitəsinin əməkdaşları, Fransada yaşayan soydaşlarımız vəyerli ictimaiyyətin çoxsaylı üzvləri iştirak edib.

Səhnədə gənc pianoçu Eldəniz Ələkbərzadəni saksofonçu DmitryUvarov müşaiyət edib. Onlar Amerika bəstəkarları – Corc Gerşvin(George Gershwin), Leonard Börnstayn (Leonard Bernstein) və ConVilyamsın (John Williams) əsərlərindən parçalar səsləndiriblər.İfaçıların yüksək peşəkarlığı, texniki ustalığı və incə musiqizövqü böyük maraqla qarşılanıb, tədbir iştirakçılarına unudulmazanlar yaşadıb.

Konsertdə soydaşlarımızla yanaşı, fransızların da çoxluq təşkiletməsi, musiqili proqramı zövqlə izləmələri Fransada yaşayanazərbaycanlıların yerli cəmiyyətə uğurla inteqrasiya olunduğunundaha bir göstəricisidir. Tamaşaçılar səsləndirilən əsərlərin zənginmelodiyası, emosional təsiri və milli çalarlarını xüsusivurğulayaraq, bu cür tədbirlərin mədəniyyətlərarası dialoquninkişafında xüsusi rol oynadığını bildiriblər.

Məlumat üçün bildirək ki, Eldəniz Ələkbərzadə 2016-cı ildəAzərbaycan Milli Konservatoriyası (AMK) nəzdində Musiqi Kollecini,2020-ci ildə isə Bakı Musiqi Akademiyasını fərqlənmə diplomu iləbitirib. 2022-ci ildən etibarən Parisdə yerləşən “École NormaleAlfred Cortot” məktəbində təhsilini davam etdirir. O, həmçininAzərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinindəstəyi ilə Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəfəaliyyət göstərən “Natəvan” həftəsonu Azərbaycan məktəbinin musiqimüəllimidir.

Parisdə
Parisdə
Parisdə
Parisdə
Parisdə
Parisdə
Parisdə
Parisdə
Parisdə
Parisdə
Chosen
3
3
az.trend.az

4Sources