EN

Rayon rəhbərliyi Masallının Çayqıraq kəndində yeni salınacaq parka baxış keçirdi » AzadMedia.az


Masallı rayonunda aparılan abadlıq-quruculuq işləri çərçivəsində növbəti mühüm layihələrdən biri də Çayqıraq kəndində yeni parkın salınmasıdır.
Bu məqsədlə görülən işlərin gedişi ilə yerində tanış olan Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri Çayqıraq kəndində yeni salınacaq parkın ərazisinə baxış keçiriblər.

Masallı rayon İcra Hakimiyyətinin başçısının Bədəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mətanət Paşayeva ərazidə görülmüş işlər, aparılan hazırlıq tədbirləri və layihənin növbəti mərhələləri barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, parkın salınması kənd sakinlərinin asudə vaxtının səmərəli təşkili, istirahət imkanlarının genişləndirilməsi və ərazinin ümumi görünüşünün yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Layihə çərçivəsində yaşıllıq zolaqlarının salınması, müasir oturacaqların quraşdırılması, işıqlandırma sisteminin yaradılması və uşaqlar üçün əyləncə guşələrinin təşkili nəzərdə tutulur.

Rayon rəhbəri görülən işlərin keyfiyyətlə və vaxtında başa çatdırılması ilə bağlı müvafiq tapşırıqlar verib, aidiyyəti qurumlara layihənin icrasına xüsusi diqqətlə yanaşmağı tövsiyə edib.
Chosen
20
2
azadmedia.az

3Sources