Bakı. Trend:
Türkiyənin İstanbul şəhərində Qoşulmama Hərəkatı ParlamentŞəbəkəsinin 5-ci konfransı keçirilib.
Trend xəbər verir ki, bubarədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsiməlumat yayıb.
Məlumata görə, 50-yə yaxın ölkədən və beynəlxalq təşkilatdanolan nümayəndə heyətlərindən 130-a yaxın nümayəndənin iştiraketdiyi konfrans "Qoşulmama Hərəkatı regionunda iqlimə davamlıurbanizasiyanın təmin edilməsində parlamentlərin rolu" mövzusunahəsr edilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası MilliMəclisinin və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri SahibəQafarova bu il 1961-ci ilin sentyabrında Belqradda keçirilmişBirinci Zirvə Konfransında Qoşulmama Hərəkatının yaradılmasının65-ci ildönümünün qeyd olunduğunu xatırladıb.
Milli Məclisin sədri hazırda Qoşulmama Hərəkatının ParlamentŞəbəkəsinə parlament nümayəndələri və tərəfdaş təşkilatlartərəfindən göstərilən böyük maraqdan məmnunluğunu ifadə edərək, üzvparlament nümayəndələrinin Şəbəkənin fəaliyyətində fəal iştirakınınyalnız parlamentarilərin öz hökumətlərinin səylərini tamamlamağaolan qətiyyətini deyil, eyni zamanda Hərəkatın məqsədlərinin həyatakeçirilməsində rolunun artdığını da nümayiş etdirdiyinivurğulayıb.
Çıxışda qeyd olunub ki, 2025-ci ilin aprel ayında Daşkənddəkeçirilmiş son konfransdan keçən dövrdə Qoşulmama HərəkatınınParlament Şəbəkəsi fəaliyyət dairəsini və beynəlxalq rolunugenişləndirməyə davam edib.
Parlament Şəbəkəsinin beşinci konfransının mövzusununaktuallığını qeyd edən Milli Məclisin sədri bildirib ki, bu gündünyada təxminən 3 milyard insan qeyri-qənaətbəxş mənzil şəraitindəyaşayır ki, onlardan 1,1 milyarddan çoxu qeyri-rəsmi yaşayışyerlərində məskunlaşıb, 300 milyondan çox insan isə evsizlikproblemi ilə üzləşir. Onun sözlərinə görə, qlobal mənzil böhranısürətlə dərinləşməkdə davam edir, bu isə bütün regionlara, xüsusiləinkişaf etməkdə olan ölkələrə təsir göstərir, eyni zamandaDayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq səylərini zəiflədir.
Çıxışında Sahibə Qafarova Azərbaycanın ev sahibliyi iləkeçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası haqqındada mıəlumat verib. Bildirilib ki, cari ilin may ayında Bakışəhərində keçiriləcək sessiya "Hər kəs üçün yaşayış yerləri:təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusunahəsr olunacaq. Spiker deyib ki, bu Forum sürətli urbanizasiya iləbağlı problemlərin həlli və bunun şəhərlərə, milli iqtisadiyyatlaravə iqlim dəyişikliyinə təsirinin qiymətləndirilməsi məqsədiləyaradılmış yüksək səviyyəli beynəlxalq platformadır. O, həmçininvurğulayıb ki, COP29-a uğurla ev sahibliyi etdikdən sonra bu qlobaltədbir Azərbaycanın ümumi çağırışlar qarşısında birgə səyləribirləşdirmək bacarığına göstərilən etimadın növbəti təzahürüdür.2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elanedildiyini xatırladan Milli Məclisin sədri qeyd edib ki, Azərbaycanşəhərsalma sahəsində zəngin təcrübəyə malikdir.
Qeyd olunub ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasıYeni Şəhər Gündəliyinin icrasının aralıq qiymətləndirilməsi olacaq.Bu tədbirdə son onilliyə nəzər salınacaq və 2036-cı ilə qədərprioritetlər müəyyənləşdiriləcək.
Konfransda Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü iləyaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin AzərbaycanMilli Məclisinin sədrliyi ilə institusional inkişafı və təşkilatınbeynəxalq nüfuzunun artırılması istiqamətində görülən işləri yüksəkqiymətləndiriblər.
Çıxış edənlər, həmçinin konfransın həsr olunduğu "QoşulmamaHərəkatı regionunda iqlimə davamlı urbanizasiyanın təminedilməsində parlamentlərin rolu" mövzusunun aktuallığı barədəfikirlərini bölüşüblər, təkliflərini səsləndiriblər. Konfransınsonunda İstanbul Bəyannaməsi qəbul olunub.
Tədbirdə, həmçinin Qoşulmama Hərəkatı Parlament ŞəbəkəsininBakıda qərargahının yaradılması və Ərəb Parlamentinə ParlamentŞəbəkəsində müşahidəçi statusunun verilməsi haqqında da qərarlarqəbul edilib.