EN

İctimai TV-də direktor seçkisi ilə bağlı telekanal rəsmisindən açıqlama

Bakı. Trend:

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım şurasıhələ ki direktor vakansiyasını elan etməyib.

Bunu Trend-əaçıqlamasında Yayım şurasının üzvü Azər Həsrət deyib.

O bildirib ki, hələ ki belə bir elan verilməyib:

“Qaydalara görə, belə bir elan verilməlidir, elan verildikdənsonra iddiaçılar öz ərizələrini təqdim etməlidirlər. Ərizələrəmünasib qaydada baxılır, sonra da seçki keçirilir. Biz hələ kionunla bağlı qərar verməmişik”.

A.Həsrət xatırladıb ki, hazırkı direktorun səlahiyyət müddətimay ayında bitir:

“Amma elan verilmədiyinə görə iddialardan da danışmaqolmur”.

Yayım şurasının üzvü vurğulayıb ki, müəyyən kriteriyalara uyğunistənilən şəxs namizədliyini irəli sürə bilər:

“Bir daha deyirəm ki, bu müzakirə hələ ki getmir, elanverilməyib”.

A.Həsrət Yayım Şurasının növbəti iclasının tarixi ilə bağlısualları da cavablandırıb.

“Bu gün Yayım Şurası üzvləri ilə növbəti iclasın tarixi müzakirəetdik. Ola bilsin ki, yaxın günlərdə, yaxın həftələrdə, hər haldaaprel ayı ərzində bizim iclasımız olacaq. İclas təkcə direktorseçimi məsələsi ilə bağlı deyil, sıradan növbəti iclasımız olacaq.Yəqin ki, o məsələ də həmin iclasda müzakirə olunacaq”, - deyə oqeyd edib.

Chosen
24
10
az.trend.az

10Sources