ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper Amerika ordusunun İran limanlarını uğurla blokadaya aldığını açıqlayıb.
Bu barədə komandanlığın rəsmi sosial media səhifəsində məlumat verilib.
“Amerika qüvvələri Yaxın Şərqdə dəniz üstünlüyünə nail olduğundan, İran limanlarının blokadası uğurla qurulub.” – Bred Kuper deyib. Admiral vurğulayıb ki, Amerika qüvvələri regionda gəmiçilik üzərində mütləq nəzarəti bərqərar edib. O, həmçinin qeyd edib ki, İran iqtisadiyyatının təxminən 90%-i birbaşa beynəlxalq dəniz ticarətindən asılıdır və bu hərəkətlər yük gəmilərinin hərəkətini tez bir zamanda iflic etməyə imkan verib. “Blokada tətbiq edildikdən 36 saatdan az müddət sonra Amerika qüvvələri dəniz yolu ilə İrana və İrandan iqtisadi daşımaları tamamilə dayandırıb.”- Bred Kuper deyib.
//Samir Qurbanov, Editor.az