EN

İran üç istiqaməti hədəfə aldı

İran Silahlı Qüvvələri ABŞ-nin bölgədə tətbiq etdiyi dəniz blokadasına qarşı sərt mövqe nümayiş etdirib.

Musavat.com xəbər verir ki, bu barədə Əl Cəzirə məlumat yayıb.

Məlumata görə, rəsmi Tehran Qırmızı dəniz, Fars körfəzi və Oman körfəzində ticarət fəaliyyətinin tam dayandırıla biləcəyini bəyan edib. İran hərbçiləri bildiriblər ki, ölkəyə məxsus gəmilərə qarşı hər hansı təhlükə atəşkəsin pozulmasının başlanğıcı kimi qiymətləndiriləcək.

Musavat.com

Chosen
30
musavat.com

1Sources