EN

Daşınan qida məhsullarının həcmi məlum oldu

ADY bu ilin mart ayında 157 min tona yaxın qida sənayesi məhsulları daşıyıb ki, bu da keçən ilin müvafiq dövründən 51% çoxdur.

Bu barədə "Unikaı"a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.

Bildirilir ki, analoji məhsulların 2026-cı ilin birinci rübü üzrə daşınması 325 min tona yaxın təşkil edib və ötən ilin eyni dövrünü 9% üstələyib.

Qeyd edək ki, qida sənayesi məhsullarının tranzit daşımaları da bu ilin birinci rübündə 21% (139,7 min ton), mart ayında isə 64% (67,3 min ton) artıb.

Chosen
35
unikal.az

1Sources