EN

Ərdoğan məktəbə hücumla bağlı ilk açıqlamasını verdi

Turkstan.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan 14 yaşlı İsa Aras Mersinli tərəfindən Kahramanmaraşın Onikişubat rayonundakı orta məktəbə edilən silahlı hücumla bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, hadisə nəticəsində 9 nəfər ölüb, 13 nəfər yaralanıb. Başsağlığı verən Ərdoğan hadisənin üzə çıxarılacağını vurğulayıb.

Ərdoğan bildirib: "Kahramanmaraşda baş verən və bütün Türkiyəni dərin kədərə qərq edən silahlı hücumdan zərər çəkən bütün vətəndaşlarımıza, bütün ailələrimizə və xüsusilə də sevimli uşaqlarımıza başsağlığı verirəm".Bu faciəli hücumda təəssüf ki, parlaq gənclərimizi və fədakar bir müəllimimizi itirdik. Uca Tanrıdan itirənlərimizə rəhmət diləyirəm; kədərli ailələrinə və bütün təhsil ictimaiyyətinə başsağlığı verirəm. Dövlət prokurorlarımız, mülki administrasiya və təhsil müfəttişlərimiz dərhal başlanan araşdırmaları diqqətlə aparırlar. Hadisə, şübhəsiz ki, bütün aspektləri ilə üzə çıxacaq.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
25
1
icma.az

2Sources