EN

Honda 440 min avtomobili geri çağırır Səbəb

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

ABŞ-də avtomobil təhlükəsizliyi üzrə Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsi (NHTSA) Yaponiyanın Honda şirkətinə aid böyükmiqyaslı geri çağırma qərarı elan edib.Məlumata görə, 440 min 830 ədəd Honda Odyssey miniveni proqram təminatında aşkar edilən xəta səbəbilə servislərə geri çağırılır. Səbəb isə qəfil və yanlış təhlükəsizlik yastığı (airbag) açılma riski ilə bağlıdır.Qurumun açıqlamasında bildirilir ki, problem avtomobilin təhlükəsizlik sistemindəki proqram səhvindən qaynaqlanır və bəzi hallarda toqquşma olmadan belə airbag-ların işə düşməsinə səbəb ola bilər.Honda hələlik hadisə ilə bağlı rəsmi geniş açıqlama yaymayıb, lakin geri çağırma kampaniyası çərçivəsində avtomobillərdə proqram yenilənməsi və yoxlamaların pulsuz aparılması gözlənilir.Jalə

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
32
demokrat.az

1Sources