EN

“Sabah” Simiçlə Puxaçın da transfer hüququna yiyələnə biləcəkmi? – “lazımi addımlar atılır”

Əlbəttə, tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparmağa yaxın olan “Sabah” ilk növbədə heyətlə bağlı ciddi addımlar atmalıdı. Əslində “bayquşlar” bu prosesə artıq yanvarda start verib. Belə ki, icarə əsasında Masazır təmsilçisinin heyətini qoruyan Umarali Raxmonaliyev və Aaron Maluda ilə yeni müqavilə imzalanıb. Bu sözləşmələrin müddəti birinciylə 3, ikinciylə 4 illikdi.
İş ondadı ki, azarkeşlər klubun həm də icarə əsasında forma geyən digər futbolçular Velko Simiçlə Timoteuş Puxaçın da transfer hüququna yiyələnməsini arzulayır. Düzü, bu yöndə bəzi xəbərlər yayılıb. Guya “Sabah” Puxaçın klubu “Holştayn”ə 600 min avro ödəməlidi.
Bəs, “bayquşlar” bu yöndə çalışırmı? Yeni anlaşmaların əldə edilməsinə hansı amillər mane olur? Bəlkə “Sabah” futbolçuların məxsus olduğu klublara müəyyən məbləğ ödəməyə razı olsa da, futbolçularla maaş məsələsində razılığa gələ bilmir?
Bu suallarla Masazır təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Hər iki futbolçu ilə bağlı məsələ klubun diqqət mərkəzindədi. Lazımi addımlar atılır. Həm bu, həm də başqa transfer çalışmaları ilə bağlı rəsmi razılıq əldə olunsa, rəsmi səhifələrimiz vasitəsilə ictimaiyyətə ətraflı məlumat veriləcək”.
KƏNAN BAHADIR

Chosen
34
1
football-plus.az

2Sources