Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulur.
Moderator.az xəbər verir ki, son oyun günündə keçiriləcək qarşılaşmalar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
İspaniyadakı ilk matçda “Bavariya”ya 1:2 hesabı ilə uduzan “Real” Almaniyada səfər oyununa çıxacaq.
Digər görüş isə İngiltərədə “Arsenal” və Portuqaliya “Sportinq”i arasında baş tutacaq. Lissabondakı birinci oyunda London klubu 1:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, ötən gecə baş tutan matçlardan sonra İspaniyanın “Atletiko Madrid” və Fransanın PSJ klubları yarımfinala vəsiqə qazanıblar.
***
Matç başladı.
***
Arda Güler 37-ci saniyədə hesabı açdı.
***
Aleksandr Pavloviç 7-ci dəqiqədə hesabı bərabərləşdirir.
***
Arda Güler 29-cu dəqiqədə cərimə zərbəsindən qol vuraraq, dublunu rəsmiləşdirir.
***
Harri Keyn 38-ci dəqiqədə hesabı bərabərləşdirir.
***
Kilian Mbappe 42-ci dəqiqədə komandasını önə çıxarır.
***
Fasilə.