EN

Eyfel qülləsinin pilləkəni hərraca çıxarılır

Axsham.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Eyfel qülləsinin orijinal konstruksiyasına aid pilləkən hissəsi may ayında Paris şəhərində hərraca çıxarılacaq.

Axşam.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Sözügedən parça vaxtilə qüllənin ikinci mərtəbəsindən zirvəyə qalxan ziyarətçilərin istifadə etdiyi pilləkənin bir hissəsi olub. 1983-cü ildə sökülən konstruksiya 24 hissəyə bölünüb: onlardan 20-si hərraclarda satılıb, 4-ü isə muzeylərə verilib.

Hazırda satışa çıxarılan hissə 1983-cü ildə onu alan fransız biznesmenə məxsusdur. Parça sonradan "Artcurial" mütəxəssisləri və qüllənin texniki xidmət komandası tərəfindən bərpa edilib.

Hərrac evinin direktoru Sabrina Dolla bu eksponatı zaman və məkan üzrə unikal səyahət kimi dəyərləndirib.

Lotun ilkin qiyməti 120–150 min avro aralığında qiymətləndirilir.

Qeyd edək ki, 2016-cı ildə eyni pilləkənin digər hissələrindən biri 611 min dollar qiymətinə satılmışdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
20
axsam.az

1Sources