EN

“Biz axmaq deyilik!” Zelenskidən Rubioya sərt cavab

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski bir müddət əvvəl ABŞ-nin Ukraynadan öz qoşunlarını Donbasdan çıxarmasını tələb etdiyini demişdi. ABŞ Dövlət katibi Marko Rubio bu iddianı rədd edərək, Zelenskini yalan danışmaqda günahlandırmışdı.

“AzPolitika” xəbər verir ki, jurnalistlərə açıqlamasında Zelenski bu mövzuyla bağlı sərt açıqlamalar verib. O, Rubionun ABŞ-nin yalnız Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılması müqabilində təhlükəsizlik zəmanəti verməsi şərti qoymadığı iddiasına münasibət bildirib. Ukrayna liderinin sözlərinə görə, bu cür ifadələr həqiqətə uyğun deyil: "Onlar (amerikalılar – red.) deyirlər ki, zəmanətlər yalnız müharibə bitdikdə və biz Donbasdan çıxdıqda verilə bilər. Əgər tələblər belədirsə, onları kimin irəli sürməsinin nə fərqi var? Biz axmaq deyilik!"

O, Ukrayna tərəfinin Amerika tələblərinin mahiyyətini aydın şəkildə başa düşdüyünü vurğulayıb: "Biz bu mesajın nə demək olduğunu başa düşürük. Yəni, ABŞ müharibə bitdikdə zəmanət verəcək və müharibə siz Donbasdan çıxdıqda bitəcək. Mən harada səhv edirəm? Kim yalan danışır?"

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
41
azpolitika.info

1Sources