EN

"Real Madrid" Çempionlar Liqasında ilkə imza atdı

"Real Madrid" Çempionlar Liqasının 1/4 finalında "Bavariya" ilə cavab görüşünə start heyətində heç bir ispan futbolçu olmadan çıxıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu, paytaxt klubunun tarixində ilk dəfə baş verir.

Portalın məlumatına görə, "Real Madrid" aprelin 15-də əsas avrokubok turnirində 515-ci oyununa çıxıb.

Qeyd edək ki, "kral klubu"'un futbolçusu Braim Dias İspaniya vətəndaşlığına malikdir və ölkənin gənclər yığmalarında çıxış edib, lakin sonda Mərakeş milli komandasını təmsil etmək qərarına gəlib.

Milli.Az

Chosen
1
3
milli.az

4Sources