EN

2 qol vuran Arda bu dəfə “qırmızı” ilə fərqləndi Video

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Real” səfərdə “Bavariya”ya məğlub olaraq turnirlə vidalaşıb.

“Qafqazinfo” xəbər verir ki, Münxendə keçirilən gərgin qarşılaşma meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun ən çox müzakirə edilən siması isə Madrid klubunun gənc ulduzu Arda Gülər olub. Matçda dubl edərək komandasını sona qədər mübarizədə saxlayan Arda qarşılaşmanın final fitindən sonra hakimə kəskin etiraz etdiyi üçün birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, iki oyunun nəticəsinə görə rəqibini üstələyən “Bavariya” yarımfinala yüksəlib. Almaniya təmsilçisi bu mərhələdə Fransanın PSJ klubu ilə üz-üzə gələcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
41
1
qafqazinfo.az

2Sources