EN

Boçorişvili Gürcüstanın Aİ və NATO-ya inteqrasiyasından danışıb

Gürcüstanın neytral statusunun ciddi müzakirəsindən söhbət gedə bilməz, çünki onun xarici siyasət prioritetləri - Aİ və NATO-ya inteqrasiya çoxdan müəyyən edilib...

Poliqon xəbər verir ki, bunu Rustavi 2 telekanalına müsahibəsində xarici işlər naziri Maka Boçorişvili deyib.

O əlavə edib ki, cəmiyyətin bu məsələni müzakirə etməsinə heç kim mane ola bilməz, lakin Gürcüstanın kursu artıq müəyyənləşib.

"Gürcüstanın xarici siyasət prioritetləri hər kəsə yaxşı məlumdur. Belə olan halda bu mövzuda ciddi müzakirədən sadəcə olaraq söhbət gedə bilməz",  nazir əlavə edib.

Bundan əvvəl baş nazir İrakli Kobaxidze bəyan etmişdi ki, Gürcüstan Avropaya inteqrasiyanın mümkünlüyü ilə bağlı müzakirələrə hazırdır.

Poliqon.info

Chosen
64
poliqon.info

1Sources