EN

Zelenski dron müqaviləsinin təfərrüatlarını açıqlayıb

Ukrayna öz tərəfdaşları üçün pilotsuz uçuş aparatları (PUA) haqqında sazişin formatını hazırlayıb..

Poliqon xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski öz Telegram kanalında İtaliyanın baş naziri Giorgia Meloni ilə görüşündən sonra bildirib.

O, qeyd edib ki, Kiyev təhlükəsizlik sazişi üçün xüsusi format olan “Dron Deal” hazırlayıb. Zelenski Ukraynanın dronlar, raketlər, elektron müharibə sistemləri və məlumat mübadiləsi sahələrində müdafiə imkanlarını təmin etməyə hazır olduğunu vurğulayıb.

Ukrayna prezidenti əlavə edib ki, İtaliya oxşar formata maraq göstərib.

Bundan əvvəl Zelenski bəyan etmişdi ki, Norveç Ukrayna Silahlı Qüvvələrini pilotsuz təyyarələrlə təmin etmək üçün 500 milyon dollardan və Ukrayna logistikasını dəstəkləmək üçün 150 milyon dollardan çox vəsait ayıracaq.

Poliqon.info

Chosen
88
poliqon.info

1Sources