Çinin Rusiyadakı səfiri Zhang Hanhui deyib ki, Çin Yaxın Şərqdə sülhün tezliklə bərqərar olması üçün Rusiya ilə sıx əməkdaşlığı davam etdirəcək..
Poliqon xəbər verir ki, o, bu barədə “İzvestiya” qəzetinə yazdığı məqalədə qeyd edib.
Səfir bəyan edib ki, Pekin Moskva və digər həmfikir ölkələrlə əməkdaşlığı davam etdirəcək. Pakistanla beş birgə təklifin həyata keçirilməsinə kömək edəcək və tezliklə atəşkəsin əldə olunması, Yaxın Şərqdə sülhün bərpası üçün səyləri birləşdirəcək.
Zhan əlavə edib ki, Yaxın Şərqdəki vəziyyəti yalnız danışıqlar yolu ilə həll etmək olar.
"Pekin və Moskvanın Yaxın Şərqlə bağlı mövqelərinin yaxınlaşması həm onların sülhə olan ümumi qayğıları, həm də beynəlxalq hüquq və ədalətə sadiqliyi ilə bağlıdır", diplomat əlavə edib.
Poliqon.info