EN

Bu meyvə şirəsi ürəyin dərmanıdır

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Son elmi araşdırmalar və qidalanma üzrə məlumatlar göstərir ki, portağal şirəsi düzgün və orta miqdarda istehlak edildikdə ürək və beyin sağlamlığına fayda verə bilər.

“Qafqazinfo” xəbər verir ki, son illərdə qan şəkərini sürətlə artırdığı bildirilən portağal şirəsi düzgün qəbul edildikdə antioksidant və flavonoid tərkibi sayəsində damar sağlamlığını dəstəkləyə bilər.

Araşdırmalarda qeyd olunur ki, portağalın tərkibində olan faydalı maddələr qan damarlarında iltihabi proseslərin azalmasına kömək edir və bu da ürək-damar xəstəlikləri riskinin aşağı düşməsinə təsir göstərə bilər. Eyni zamanda, bu təsirlərin beyin qan dövranına da müsbət təsir göstərərək, insult və bəzi neyrodegenerativ xəstəliklərin riskinin azalmasına yardımçı ola biləcəyi bildirilir.

Bununla yanaşı, qidalanma mütəxəssisləri vurğulayır ki, meyvənin özü lif baxımından daha faydalıdır və portağal şirəsi hazırlanarkən lifin bir hissəsi itirildiyi üçün qan şəkəri daha sürətli arta bilər. Bu səbəbdən meyvənin bütöv şəkildə istehlakı daha sağlam seçim hesab olunur.

Məlumatlara görə, gündə təxminən 100-200 ml təzə sıxılmış portağal şirəsinin qəbul edilməsi faydalı ola bilər. Lakin qablaşdırılmış məhsullarda əlavə şəkər və qatqı maddələri ola biləcəyi üçün ev şəraitində hazırlanmış şirəyə üstünlük verilməsi tövsiyə edilir.

Ümumilikdə, portağal şirəsinin balanslı qidalanma çərçivəsində və ölçülü şəkildə istifadəsi ürək və beyin sağlamlığı üçün müsbət təsir göstərə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
43
qafqazinfo.az

1Sources