EN

Bu ərazilərdə qaz kəsiləcək - Xəbərdarlıq » AzadMedia.az


Sabah bəzi ərazilərdə qazın verilişində fasilə yaranacaq.

Bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işlərinin aparılması məqsədilə sabah saat 10:00-dan etibarən Suraxanı rayonu üzrə “MİDA” yaşayış kompleksinin və “Sahil” yaşayış massivinin, Sabunçu rayonu üzrə isə Zabrat-1 qəsəbəsinin, Neftçilər və Nərimanov küçələrinin qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq.
Chosen
14
28
azadmedia.az

10Sources