Bakı, 16 aprel, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp İsrail və Livan liderlərinin cümə axşamı danışıqlar aparacağını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, o, “Truth Social” səhifəsində yazıb: "İki ölkə liderinin sonuncu dəfə danışmasından uzun müddət keçib, daha dəqiq desək, 34 il. Bu, sabah baş verəcək. Əladır”.