EN

UFC Ağ Ev tədbirində yarışan döyüşçülər 1 milyon dollar bonus ala bilərlər

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

UFC-nin rəsmi tərəfdaşı olan beynəlxalq kriptovalyuta birjası Crypto.com, Vaşinqtonda keçiriləcək Ağ Ev tədbirində UFC iştirakçıları üçün xüsusi bonus hovuzu yaradacağını açıqladı.

İdman.Biz bildirir ki, tədbir iyunun 14-də olacaq.

“Bu tarixi tədbiri təqdim edən tərəfdaş olaraq və onun 10-cu ildönümü şərəfinə Crypto.com, “UFC Freedom 250”də seçilmiş döyüşçülərə kriptovalyutada ödəniləcək 1 milyon dollarlıq bonus fondu yaradacaq.

Bu bonus, UFC prezidenti və baş direktoru Dana Uaytın tədbirdən sonra idmançılara ödəyəcəyi ənənəvi bonuslara əlavə olacaq. Döyüşçülərin bonusu necə ala biləcəkləri ilə bağlı təfərrüatlar daha sonra açıqlanacaq”, - liqanın mətbuat açıqlamasında bildirilir.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
25
icma.az

1Sources