EN

Avropa klubları ulduz futbolçuya elçi düşdü

"Fənərbaxça"da uğurlu oyun nümayiş etdirən Dorgeles Nene Avropa klublarının diqqətini cəlb edib. Metbuat.az xəbər verir ki, "Borussiya Dortmund", "Bayer Leverkuzen" və "Marsel" də daxil olmaqla bir sıra aparıcı klub futbolçunun xidmətində maraqlıdır. Futbolçunun uğurlu oyununu davam etdirəcəyi təqdirdə mövsümün sonunda "Fənərbaxça"dan ayrılma ehtimalının olduğu iddia edilir.

Qeyd edək ki, Dorgeles Nene mövsümün əvvəlində 18 milyon avroya "Zaltsburq"dan "Fənərbaxça"ya transfer olub. O, 37 oyunda iştirak edib, 11 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
8
2
metbuat.az

10Sources