EN

Gömrükdə tətbiq ediləcək ikipilləli buraxılış mexanizminin üstünlüyü VİDEO

Moderator.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Gömrük sahəsində malların ikipilləli buraxılış mexanizminin tətbiqinə başlanılıb.

Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, məqsəd gömrük sahəsində biznes proseslərinin çevikliyinin artırılması və ticarət əməliyyatlarının sadələşdirilməsidir.

Belə ki, "İkipilləli buraxılış" sistemi gömrük ödənişlərinin bank qarantiyası əsasında malların buraxılışından sonra 30 gün ərzində ödənilməsinə imkan yaradır.

Dövlət Gömrük Komitəsinin şöbə rəisi Elşad Məmmədzadə bildirib ki, normal şərtlər altında gömrük ödənişləri malların buraxılışına qədər mütləq ödənilməlidir. Yalnız ödəniş həyata keçirildikdən sonra malların buraxılışı mümkündür. Lakin yeni sistem etibarlı tərəfdaşlara gömrük ödənişlərini malların buraxılışından sonra ödəməyə şərait yaradır.

Elşad Məmmədzadənin sözlərinə görə, pilot layihə çərçivəsində həyata keçirilən yeni sistem sahibkarlığa dəstəklə yanaşı, idxal-ixrac əməliyyatlarını da sadələşdirir.

Həmçinin bildirilib ki, ilin sonuna qədər yeni normativ-hüquqi sənədlərin hazırlanması və sistemin tam tətbiqi planlaşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
18
2
moderator.az

3Sources