EN

Yeməyin yanında çay içənlərə pis xəbər

Mədə yanması və qıcqırma çox vaxt qidaların tərkibindən deyil, onların qəbulu zamanı yol verilən vərdişlərdən qaynaqlanır. 

Bizim.Media xəbər verir ki, Qastroenteroloq Aleksandra Metelina bildirib ki, ən geniş yayılmış yanlışlıqlardan biri yemək yeyərkən eyni zamanda çay içməkdir.

Həkimin sözlərinə görə, qidanı fasilə vermədən maye ilə qəbul etmək mədəyə artıq havanın daxil olmasına şərait yaradır. Bu isə sonradan gəyirmə, yanğı və narahatlıq hissi ilə nəticələnir.

Eyni hal yeməyi çox sürətlə yeyən insanlarda da müşahidə olunur. Sürətli qidalanma zamanı udulan hava həzm prosesini çətinləşdirir və sanki keyfiyyətsiz qida yeyilmiş təəssüratı yaradır.

"Rejim pozuntuları da mədə problemlərində mühüm rol oynayır. Gün ərzində az-az deyil, bir dəfəyə həddindən artıq çox yemək mədənin işini ağırlaşdırır. Bundan əlavə, yeməkdən dərhal sonra fiziki aktivliklə məşğul olmaq, qaçmaq və ya əksinə, uzanmaq qıcqırmanı tətikləyən klassik amillərdir".

Həkim qazlı içkilər məsələsinə də toxunaraq qeyd edib ki, əgər insanda reflüks xəstəliyi yoxdursa, bu içkilər təkbaşına ciddi problem yaratmır.

Əsas məsələ qida məhsullarında deyil, gündəlik diqqət yetirilməyən kiçik vərdişlərdədir.

Yəni mədənizdə yanma hissi yaranmaması üçün yeməyi tələsmədən yeməli, yeməkarası çay və ya su içməməli, doyduqdan dərhal sonra hərəkətə keçməməli və ya uzanmamalısınız. (Demokrat az)

Bizim.Media

Chosen
1
4
bizim.media

5Sources