EN

Proses dünəndən başlayıb: ABŞ Rusiyanı bu ölkədən də çıxardır

ABŞ-ın Rusiyanı Liviyadan çıxarmaq üçün plan hazırladığı bildirilir.

Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbələr istinadən məlumat yayıb.

Məlumdur ki, 2025-ci ilin payızında ABŞ Afrika Komandanlığının (AFRICOM) komandan müavini, general-leytenant Con Brennan Liviyaya səfəri zamanı xüsusi əməliyyat qüvvələrinin hərbi təlimlərini elan etmişdi. O, Tripoli və Sirt şəhərlərinə səfər etmiş və müharibə aparan hökumətlərin nümayəndələri ilə danışıqlar aparmışdı.

Liviyada ikili hakimiyyət strukturu mövcuddur: Tripolidə BMT tərəfindən dəstəklənən milli birlik hökuməti yaradılıb, Nümayəndələr Palatası isə Tobrukda yerləşir. Şərq hissəsinə Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu nəzarət edir. Rusiya Prezidenti Vladimir Putin 2025 və 2023-cü illərdə Kremldə Haftarla görüşmüşdü.

"Flintlock 2026" təlimləri dünən, aprelin 15-də Liviya və Kot-d'İvuarda başlayıb. "Wall Street Journal" qəzetinin məlumatına görə, təlimlər Liviyaya ABŞ və tərəfdaşlarının avadanlıqlarına çıxış imkanı verəcək və bununla da Rusiya və Belarusdan asılılıqdan azad olmağa imkan yaradacaq.

Chosen
18
50
publika.az

10Sources