EN

Bu endirim kampaniyasında qiymətlər danışacaq

Tamstore Marketlər şəbəkəsi 16-19 aprel tarixlərində yenidən “Biz susuruq, qiymətlər danışacaq” kampaniyasına start verəcək.

Publika.az xəbər verir ki, kampaniya zamanı Vanak və Günaydın kərə yağları 12.99 manata, Romaşka xama 25 % 320 qramlıq 3.99 manata, 5 kilolouq Tanelli makaronu 3.90 manata, Əşrəfi basmati düyü kisə 2 kq 6.98 manata, Bammi tualet kağızı 32 rulon 9.99 manata, Pervol yuyucu maye 1 l 5.65 manata, Ariel yuyucu toz 5 kq 15.99 manata təklif olunacaq. Bundan başqa 18-19 aprel tarixlərində təzə toyuğun 1 kilosu 3.99 manat və sümüklü dana döş ətinin 1 kilosu 14.99 manat olacaq. Endirimlər təbii ki, bununla yekunlaşmır. Mağazada meyvə və tərəvəz maya dəyərinə, 2200 çeşiddə məhsul isə müxtəlif endirimlərlə təklif olunacaq.

Kampaniya zamanı endirimlər seçilmiş ət, toyuq və ət məhsullarına, süd və süd məhsullarına, kərə yağı və bitki yağlarına, makaron, düyü və paxlalı məhsullara, şirniyyatlara, içkilər, təmizlik və baxım məhsullarına, eyni zamanda evinizə lazım olacaq kiçik məişət əşyalarına da tətbiq olunacaq.

Chosen
2
15
publika.az

10Sources