EN

Orban Aİ sammitinə qatılmayacaq

Macarıstanın vəzifəsini tərk etməyə hazırlaşan Baş naziri Viktor Orban Avropa İttifaqının Kiprdə keçiriləcək qeyri-rəsmi sammitində iştirak etməyəcək.

Redaktor.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Məlumata görə, Orban may ayına qədər baş nazir vəzifəsini icra etməyə davam edəcək. Bundan sonra onun yerinə Peter Magyar keçəcək.

Qeyd olunur ki, Avropa Şurasının qaydalarına uyğun olaraq, Orban sammitdə başqa bir milli lider tərəfindən təmsil olunacaq. Bu rolu böyük ehtimalla onun müttəfiqi, Slovakiyanın baş naziri Robert Fico üzərinə götürəcək.

Bildirilib ki, Avropa Komissiyası rəhbəri Ursula von der Leyen sammit zamanı Orbanın Rusiya ilə əlaqələri məsələsini gündəmə gətirməyi planlaşdırır.

Eyni zamanda, Avropa Şurası sədri Antonio Costa artıq görüş üçün dövlət və hökumət başçılarına dəvət məktubları göndərib. Sammitdə əsasən geosiyasi məsələlər və Aİ-nin büdcəsinin formalaşdırılması müzakirə olunacaq.

Materialda qeyd edilir ki, sammit çərçivəsində Macarıstan və Rusiya hökumətləri arasında aparılan danışıqlar ətrafında yaranan qalmaqal da gündəmə gələ bilər. Avropa Komissiyası sözçüsü Paula Pinho bu məlumatlarla bağlı narahatlığını ifadə edib.

NURİYYƏ

Chosen
31
1
redaktor.az

2Sources