EN

Trampın şübhəli açıqlamaları milyardlar qazandırır: ABŞ-da şok araşdırma başladı

ABŞ-ın Əmtəə Fyuçersləri Ticarət Komissiyası (CFTC) neft bazarında həyata keçirilən bir sıra şübhəli əməliyyatlarla bağlı genişmiqyaslı araşdırmaya başlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmaya səbəb "CME Group" və "Intercontinental Exchange" birjalarında neft ticarətinin həcminin qəfil və kəskin artması olub.

Komissiya ABŞ prezidenti Donald Trampın Yaxın Şərqdəki hərbi gərginliklə bağlı mövqeyinin dəyişməsinə dair qapalı informasiyalardan qanunsuz istifadə edildiyindən şübhələnir. Regionda neft tədarükünün kəsilməsi fonunda qiymətlər bir barel üçün 100 dolları keçsə də, Trampın Hörmüz boğazında tankerlərin hərəkətinin bərpası ilə bağlı açıqlamalarından sonra kəskin ucuzlaşma qeydə alınıb.

Mənbələr tənzimləyici qurumun mühüm elanlar ərəfəsində baş vermiş ən azı iki şübhəli məqamı yaxından izlədiyini bildirir. Martın 23-də Trampın İranın energetika sektoruna zərbələrin təxirə salınması barədə bəyanatından cəmi 15 dəqiqə əvvəl milyardlarla dollar dəyərində neft fyuçersləri və səhmlər satılıb.

"Truth Social"dakı paylaşımdan dərhal sonra neft qiymətləri çöküb, səhmlər isə sürətlə bahalaşıb. Oxşar vəziyyət aprelin 7-də, İranla iki həftəlik atəşkəs elan edilməzdən bir qədər əvvəl də təkrarlanıb.

Chosen
9
publika.az

1Sources