EN

UEFA Çempionlar Liqası: Gərgin keçən oyunlarda "Bavariya" və "Arsenal" yarımfinala yüksəlib

Ötən gecə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Far.Az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutub.

İspaniyada ilk görüşdə 1:2 hesabı ilə uduzan "Real Madrid" cavab matçı üçün Almaniyaya yollanaraq "Bavariya"nın qonağı olub. Gərgin və bol qollu keçən qarşılaşmada meydan sahibləri 4:3 hesablı qələbə qazanıblar. Beləliklə, iki oyunun yekununda 6:4 üstün olan "Bavariya" yarımfinala vəsiqə əldə edib.

Digər cütlükdə isə ilk matçda Portuqaliyada "Sportinq"i minimal hesabla məğlub edən "Arsenal" Londonda rəqibini qəbul edib. Cavab görüşündə qapılara qol vurulmasa da (0:0), iki oyunun nəticəsinə görə üstün olan "topçular" mərhələni adlayan tərəf olublar.

Qeyd edək ki, daha əvvəl "Atletiko" və PSJ yarımfinal mərhələsinə vəsiqə qazanan komandalar olub.

UEFA Çempionlar Liqası

1/4 final mərhələsi, cavab oyunları

23:00. "Arsenal" – "Sportinq" 0:0

İlk oyun 1:0

23:00. "Bavariya" – "Real Madrid" 4:3

Qol: A. Güler 1, 29, Pavloviç, 6, Keyn, 38, Mbappe, 42, L. Diaz, 89, Olise, 94

​​​​​Qırmızı kart: Kamavinqa, 86

İlk oyun 2:1

Chosen
3
1
far.az

10Sources