EN

Türkiyə Azərbaycanda dələduzluqda təqsirləndirilən məktəb direktorunu ekstradisiya edəcək

Azərbaycan vətəndaşı Sevinc Hüseynovanın ekstradisiyası ilə bağlı vəsatət Türkiyə tərəfindən təmin edilib. Bu barədə Baş Prokurorluq məlumat yayıb. 

İstintaqa əsasən, Bakı şəhərinin Suraxanı rayonunda məktəb direktoru işləyən Hüseynovanın qulluq mövqeyindən istifadə edərək bir neçə şəxsdən ümumilikdə 69 min manat vəsaiti dələduzluq yolu ilə ələ keçirdiyinə dair şübhələr var.

Barəsində beynəlxalq axtarış elan edilən Hüseynova Türkiyə ərazisində saxlanılıb və onun Azərbaycana gətirilməsi üçün müvafiq prosedurlar həyata keçirilir.

Ekstradisiya prosesi Ekstradisiya haqqında Konvensiya (1957) çərçivəsində həyata keçirilir.

Chosen
7
anews.az

1Sources