EN

Məktəblərə silahlı hücumdan yazan Tarkan: Təcili tədbir görülməlidir!

ain.az, Baku.ws portalına istinadən məlumat verir.

Meqastar Tarkan Kahramanmaraşda məktəbə edilən silahlı hücuma səssiz qalmayıb.

BAKU.WS xəbər verir ki, o sosial şəbəkə hesabında yaşanan hadisəyə görə dərin hüzn hissi keçirdiyini və bunun bir daha baş verməməsi üçün müəyyən tədbirlər görülməli olduğunu qeyd edib:

"Dünən Şanlıurfada və bu gün Kahramanmaraşda baş verən hücumlar çox narahatedicidir. Mən dərin kədər içindəyəm. Bu cür dəhşətli hadisələrin bir daha baş verməməsi üçün təcili tədbirlər görülməlidir. Məktəblərdə uşaqların və müəllimlərin təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şey edilməlidir. Həyatını itirənlərə Allahdan rəhmət, yaralılara tezliklə sağalma, vəfat edənlərin ailələrə və yaxınlarına səbr və güc diləyirəm".

Xatırladaq ki, ötən gün 14 yaşlı İsa Aras Mersinli atasına aid 5 tapança və 7 dolu daraqla orta məktəbə daxil olaraq 8 şagirdi və bir müəllimi qətlə yetirəndən sonra intihar edib.

Kahramanmaraş valisi Mükerrem Ünlüer də hadisənin təfərrüatları ilə bağlı açıqlamasında yeniyetmənin atasına məxsus xidməti silahlardan istifadə etdiyini təsdiqləyib. Hadisədə istifadə olunan silahların sahibi, İsanın atası birinci dərəcəli polis rəisi olan U.M. dərhal saxlanılıb.

İstintaqın davamında yeniyetmənin anası, Anadolu liseyində türk dili və ədəbiyyatı müəllimi işləyən P.P.M. də nəzarətə götürülüb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
22
1
baku.ws

2Sources