EN

Kalibaf: İran və Hizbullah istər müharibədə, istərsə də atəşkəsdə vahid qüvvədir

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran parlamentinin sədri Məhəmməd Kalibaf atəşkəs danışıqları çərçivəsində silahsızlaşdırılması müzakirə olunan Hizbullahın İranla ayrılmaz bir bütöv olduğunu bəyan edib.

Bizimyol.info xəbər verir ki, Kalibaf "X" sosial şəbəkəsindəki hesabında mövzu ilə bağlı açıqlama verib.

O, Tehran–Vaşinqton arasında əldə olunan atəşkəs razılaşmasının Livanı da əhatə etdiyini və ABŞ-ın bu razılaşmaya əməl etməli olduğunu vurğulayıb.

“Livanda genişmiqyaslı atəşkəsin tam təmin olunması və davamlı xarakter alması Hizbullahın müqaviməti, qətiyyətli mübarizəsi və müqavimət oxunun birlikdə hərəkət etməsi nəticəsində mümkün olacaq”, - deyə parlament sədri  bildirib.

ABŞ-ın Livanı da əhatə edən atəşkəs razılaşmasına riayət etməsinin vacibliyini qeyd edən Kalibaf: “Müqavimət (Hizbullah) və İran istər müharibə, istərsə də atəşkəs şəraitində vahid bir bütövdür. ABŞ "öncə İsrail" yanaşmasından geri çəkilməlidir”, - deyə əlavə edib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
25
icma.az

1Sources