EN

ABŞ İran limanlarına qarşı blokadanı gücləndirir - Regional sularda patrullar davam edir

ABŞ qüvvələri İran limanlarına qarşı blokadanın tətbiqini dəstəkləmək məqsədilə regional sularda patrul fəaliyyətlərini davam etdirir.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Bildirilib ki, ABŞ hərbçiləri İran limanlarına daxil olan və ya həmin limanlardan çıxan gəmilərə qarşı Vaşinqtonun tətbiq etdiyi blokadanın icrasına nəzarət etmək üçün bölgədə müşahidə və patrul əməliyyatlarını davam etdirirlər.

Qeyd olunub ki, bu addımlar regionda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və ABŞ-nin sanksiya siyasətinin icrasını təmin etmək məqsədi daşıyır.

Ekspertlər hesab edir ki, bu cür fəaliyyətlər Yaxın Şərqdə gərginliyin artmasına səbəb ola bilər.

Aminə ŞAHSUVARQIZI

Chosen
28
1
redaktor.az

2Sources