EN

Azərbaycana gətirilən elektromobillərin sayı açıqlanıb

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 299 ədədyalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrigətirilib.

Trend bubarədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu sayda elektromobillərin idxalının dəyəri 7,898milyon ABŞ dolları olub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsiilə 129 ədəd və ya 43,1%, dəyər ifadəsi ilə isə 7,660 milyon ABŞdolları və ya 2 dəfə azdır.

Ümumilikdə, bu ilin yanvar-mart aylarında Azərbaycana 339,6milyon ABŞ dolları dəyərində 15 351 ədəd avtomobil idxal edilib.Avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsiilə 7 585 ədəd və ya 1,5 dəfə, dəyər ifadəsi ilə 60,6 milyon ABŞdolları, yaxud da 15,1% azalıb.

Dövr ərzində ölkəyə 50,972 milyon ABŞ dolları dəyərində 280 ədədsürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçünnəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 251,916 milyonABŞ dolları dəyərində 13 359 ədəd əsasən adam daşımaq üçün nəzərdətutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyatvasitələri idxal edilib.

Chosen
9
7
az.trend.az

10Sources