ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində "Real" səfərdə "Bavariya"ya 3:4 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb. Sport24.az xəbər verir ki, Madrid təmsilçisinin kapitanı Dani Karvahal oyunun baş hakimi Slavko Vinçiçə qarşı kəskin etirazı ilə diqqət mərkəzinə düşüb. Təcrübəli müdafiəçi qarşılaşmadan sonra referini günahlandıraraq, ona ağır sözlər ünvanlayıb:"Bu, sənin günahındır! Sənin lənətə gəlmiş günahın!""Kral klubu"nun narazılığına səbəb Eduardo Kamavinqanın mübahisəli ikinci sarı vərəqə ilə meydandan qovulması və Luis Diazın hesabı 3:3 edən qolunun qeydə alınması olub.Digər futbolçular da hakim idarəçiliyindən narazı qalıblar. Cud Bellinqem baş verənləri"Bu, zarafatdır!" sözləri ilə şərh edib. Antonio Rüdiger isə gərginliyi artırmamaq üçün qısa kifayətlənib:"Düzünü desəm, bu barədə danışmasam daha yaxşıdır".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.