EN

Ordubadda qaya uçdu - Qaz xətləri sıradan çıxdı

Güclü yağışlar nəticəsində Ordubad rayonunun Pəzməri kənd avtomobil yolunun 24-cü kilometrliyində yolun hərəkət hissəsinə qaya parçaları tökülüb.

"Yeni Sabah" müxbiri xəbər verir ki, yolda hərəkət məhdudlaşdırılıb, infrastruktura ciddi ziyan dəyib, ərazidən keçən qaz xətləri sıradan çıxıb.

Hazırda ərazidə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmizləmə və bərpa işləri aparılır.

Yolun bir istiqaməti nəqliyyat vasitələrinin hərəkəti üçün artıq açıqdır. 


Telegram kanalımız
Chosen
23
1
yenisabah.az

2Sources