Şamaxı rayonunda 39 yaşlı kişi dəm qazından boğulub.BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Quşçu kəndində qeydə alınıb. Kənd sakini 1987-ci il təvəllüdlü Xanbaba Həmid oğlu Əmirov yaşadığı evdə dəm qazından boğulub. Qonşular onun meyitini evində aşkar ediblər. Məlumata görə, X.Əmirov evdə tək yaşayırmış. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.