EN

İdarə rəisi işdən çıxarıldı

Ağdam Rayon Statistika İdarəsinin rəisi Xosrov İsmayılov vəzifəsindən azad olunub.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu barədə müvafiq əmr imzalanıb.

X.İsmayılov dövlət qulluğunda xidmətdə olmağın son yaş həddi ilə əlaqədar, təqaüdə göndərilib.

Hazırda Ağdam Rayon Statistika İdarəsinin rəisi vəzifəsini müvəqqəti olaraq, Niyaməddin Məmmədov icra edir.

Qeyd edək ki, Xosrov Cəfər oğlu İsmayılov 1960-ci ildə anadan olub.

Nazim Hacıyev


Telegram kanalımız
Chosen
14
8
yenisabah.az

9Sources