EN

Matviyenko Türkiyəyə səfər edib

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyasında iştirak etmək üçün Türkiyəyə səfər edib.

Missiya.Az xəbər verir ki, bu barədə Rusiya parlamentinin yuxarı palatasının mətbuat xidməti məlumat yayıb.

"Federasiya Şurasının sədri Valentina Matviyenko İstanbulda başlayan Parlamentlərarası İttifaqın 152-ci Assambleyasında iştirak etmək üçün Türkiyə Respublikasına səfər edib. Valentina Matviyenko bu il "Ümidin gücləndirilməsi, gələcək nəsillər üçün sülhün və ədalətin təmin edilməsi" mövzusuna həsr olunmuş Assambleyanın plenar iclasının ümumi müzakirəsi çərçivəsində çıxış edəcək, eləcə də bir sıra ikitərəfli görüşlər keçirəcək", - deyə vurğulanıb.

Daşqın HəsənovMissiya.Az

Chosen
26
missiya.az

1Sources