2026-cı ilin 1-ci rübündə (yanvar - mart) Azərbaycanaının xarici ticarət əməliyyatlarının həcmi 9 milyard 406 milyon 862 min ABŞ dolları, o cümlədən ixrac 5 milyard 402 milyon 211 min ABŞ dolları, idxal 4 milyard 4 milyon 651 min ABŞ dolları, saldo müsbət 1 milyard 397 milyon 560 min ABŞ dolları təşkil edib.
Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Xatırladaq ki, 2025-ci ilin ilk rübündə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 12 milyard 48 milyon 867 min ABŞ dolları, o cümlədən ixrac 6 milyard 385 milyon 895 min ABŞ dolları,idxal 5 milyard 662 milyon 971 min ABŞ dolları, saldo müsbət 722 milyon 924 min ABŞ dolları təşkil etmişdi.
