EN

ABŞ və HƏMAS arasında ilk birbaşa danışıqlar keçirilib

CNN: Qahirədə baş tutan görüşdə tərəflər atəşkəsdən sonrakı mərhələni müzakirə edib...

ABŞ və HƏMAS Qəzza sektorunda atəşkəsdən sonra ilk dəfə birbaşa danışıqlar keçirib.

Poliqon xəbər verir ki, bu barədə CNN telekenelı təşkilatdakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, görüş aprelin 15-də Misirin paytaxtı Qahirədə baş tutub. ABŞ nümayəndə heyətinə baş müşavir Laytstoun rəhbərlik edib, HƏMAS tərəfini isə danışıqlar qrupunun rəhbəri əl-Həyyə təmsil edib. Görüşdə həmçinin “Sülh Şurası”nın baş direktoru Mladenov da iştirak edib.

Mənbələrin sözlərinə görə, danışıqlar zamanı əl-Həyyə İsrailin sülh planının birinci mərhələsi üzrə bütün öhdəlikləri yerinə yetirməsində israr edib. Bu tələblərə zərbələrin dayandırılması və humanitar yardımın artırılması daxildir ki, növbəti mərhələyə keçid mümkün olsun.

Digər mənbə isə bildirib ki, İsrail HƏMAS-ın silahsızlanma öhdəliyini qəbul edəcəyi təqdirdə bu şərtləri yerinə yetirməyə razılıq verib.

Eyni zamanda qeyd olunur ki, danışıqlarda yaranmış dalan fonunda Mladenov HƏMAS-ı xəbərdar etməyə başlayıb. Onun sözlərinə görə, təşkilat silahsızlanmadan imtina edərsə, İsrail hərbi əməliyyatları bərpa edə bilər.

“Söhbət o həddə çatdı ki, Mladenov hətta üstüörtülü təhdidlər səsləndirməyə başladı: sənədi qəbul et, əks halda müharibə yenidən başlayacaq”, – deyə mənbə bildirib.

Analitiklər hesab edirlər ki, bu danışıqlar regionda gərginliyin azaldılması istiqamətində mühüm addım olsa da, tərəflər arasında ciddi fikir ayrılıqları qalmaqdadır.

Poliqon.info

Chosen
4
poliqon.info

1Sources