EN

Moskva və Vaşinqtonun gizli anlaşması

“2025-ci ilin avqustunda ABŞ və Rusiya arasında keçirilən Ankoric görüşündə Ukrayna münaqişəsinin ədalətli sülhlə həllinə dair anlaşma əldə olunub”.

Publika.az
xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.

Narışkin hesab edir ki, Ukrayna ordusu tezliklə hərbi əməliyyatları davam etdirə bilməyəcək: “Ukraynanın müqavimət qabiliyyətini itirəcəyi və ədalətli sülhün gələcəyi günlər uzaqda deyil”.

Lakin onun iddiasına görə, Avropa İttifaqı sülhün əleyhinədir: “Sülh razılaşması əldə olunarsa, Avropa xalqları liderlərinin Rusiyanın strateji məğlubiyyəti haqda iddialarının kökündən yanlış olduğunu başa düşəcəklər. Onlar anlayacaq ki, avropalılar bu prosesdə iqtisadi qurbana çevrildilər və bu reallıq “Köhnə Dünya”da siyasi sunamiyə səbəb ola bilər”.

Narışkin qeyd edib ki, Avropa Rusiya ilə qarşıdurmanı gücləndirmək istəyir.

“Rusiya və Belarusun qərb sərhədlərində vəziyyət gərgindir. Baltikyanı ölkələrdə və Polşada müharibə hazırlıqları aparılır, iqtisadiyyatın militarizasiyası həyata keçirilir. Xatırlatmalıyam ki, İkinci Dünya Müharibəsi ərəfəsində də hadisələr məhz belə cərəyan etmişdi. Lakin Polşaya hücum Şərqdən deyil, Qərbdən gəldi”, - o, vurğulayıb.

Asif

Chosen
8
2
publika.az

3Sources