EN

Kahramanmaraşda 9 nəfəri öldürən şəxs autizm xəstəsi imiş - VİDEO

Xəbər verildiyi kimi ötən gün Türkiyənin Kahramanmaraş şəhərində orta məktəbə silahlı hücum edən 14 yaşlı yeniyetmənin qəribə görüntüləri yayılıb.

Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə İsa Arasın yerində dayanmadan öz ətrafında dövrə vurması, əlini silah varmış kimi tutması geniş müzakirələrə səbəb olub.

Sosial şəbəkələrdə yayılan görüntülərdə qatilin hərəkətlərinin autizm xəstələrinə xas olduğu qeyd edilib.

Həmçinin, İsa Aras Mersinlinin “WhatsApp” profil fotosuna 2014-cü ildə ABŞ-da intihar etməzdən əvvəl 6 nəfəri öldürən Elliot Rodgerin şəklini qoyduğu da üzə çıxıb.

Qeyd edək ki, hadisə nəticəsində biri müəllim olmaqla 9 nəfər həlak olub, 17 nəfər yaralanıb.


Naibə, Bizim.Media

Chosen
2
11
bizim.media

10Sources