EN

Hörmüz boğazından sərbəst və təhlükəsiz keçid təmin edilməlidir - Çin

Çin İrandan Hörmüz boğazından sərbəst və təhlükəsiz keçid tələb edib.

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Məlumata görə, xarici işlər naziri Vanq Yi dünən gecə iranlı həmkarı Abbas Əraqçi ilə telefonla danışıb.

Görüşdə Vanq bildirib ki, Hörmüz boğazının sahil dövləti kimi İranın suverenliyinə, təhlükəsizliyinə, qanuni hüquqlarına və mənafelərinə hörmət edilməlidir. Həmçinin beynəlxalq boğazda naviqasiya azadlığı və təhlükəsizliyin təmin edilməli olduğunu vurğulayıb ki, bu da beynəlxalq ictimaiyyətin ortaq çağırışıdır.

Çin xarici işlər nazirinin sözlərinə görə, Pekin regiondakı vəziyyəti və regional ölkələr arasında münasibətləri yaxşılaşdırmaq, Yaxın Şərqdə davamlı sülh və sabitliyin təmin edilməsində konstruktiv rol oynamağa davam edəcək.

İlahə Qənbərli

Missiya.Az

Chosen
12
missiya.az

1Sources