EN

Təhsil infrastrukturu yenilənir: Neftçala Peşə Məktəbində müasir tədris mühiti

Ölkəmizdə peşə təhsilinin inkişafı və infrastrukturun müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Neftçala Peşə Məktəbinin tədris infrastrukturu yenilənib.

AzEdu.az-ın əldə etdiyi məlumata əsasən, müasir standartlara uyğunlaşdırılan təhsil müəssisəsi funksionallığı, geniş tədris imkanları və əlverişli maddi-texniki bazası ilə seçilir. İki korpusdan ibarət olan peşə məktəbində tələbələrin keyfiyyətli təhsil alması üçün zəruri şərait yaradılıb. Təhsil müəssisəsində ümumilikdə 24 dərs otağı, 9 emalatxana, 2 İKT kabineti, akt zalı, kitabxana və idman zalı fəaliyyət göstərir.

Məktəbdə əmək bazarının tələblərinə uyğun olaraq 24 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Bu ixtisaslara aşpaz, kompüterlərin təmiri və xidməti üzrə texnik, elektrik qaynaqçısı, avtomobil təmiri çilingəri, veb dizayner və proqram təminatçısı, fermer və digər peşələr daxildir.

Tədris prosesi müasir yanaşmalar əsasında təşkil olunaraq tələbələrin həm nəzəri biliklərinin, həm də praktiki bacarıqlarının inkişafına xidmət edir.520 tələbə tutumuna malik olan təhsil müəssisəsində hazırda 421 nəfər təhsil alır. Tədris prosesi iki növbəli sistem əsasında təşkil olunub ki, bu da mövcud tədris imkanlarından səmərəli istifadəyə şərait yaradır.

Neftçala Peşə Məktəbinin yenilənmiş infrastrukturu bölgədə peşə təhsilinin keyfiyyətinin artırılmasına, gənclərin peşə bacarıqlarının inkişafına və onların əmək bazarına hazırlığının gücləndirilməsinə mühüm töhfə verir.

Chosen
7
9
azedu.az

10Sources