EN

Mbappe Ronaldo və Levandovskinin göstəricisini təkrarladı

“Real”ın hücumçusu Kilian Mbappe Çempionlar Liqasında bir mövsümdə 15 və ya daha çox qol vuran dördüncü oyunçu olub.

Msport.az xəbər verir ki, o, 2025/26 mövsümünün Çempionlar Liqasının dörddəbir finalının ikinci oyununun 42-ci dəqiqəsində “Bavariya”nın qapısına qol vurub.

Almaniya komandası 4:3 hesablı qələbəni qeyd edib. Daha əvvəl bu göstəriciyə hücumçular Kriştiano Ronaldo (üç dəfə), Robert Levandovski (2019/2020 mövsümündə) və Kərim Benzema (2021/2022 mövsümündə) nail olmuşdular.

Qeyd edək ki, “Bavariya”ya məğlubiyyətdən sonra Madrid klubu turnirdəki iştirakını dayandırıb.

Chosen
2
1
msport.az

2Sources