EN

"Real"ın baş məşqçi postuna 4 namizəd bəlli oldu

“Real”ın Çempionlar Liqasından “Bayern”ə (3:4, 1:2) uduzaraq ÇL-dən kənarlaşmasından sonra Madrid klubunun baş məşqçi Alvaro Arbeloanı əvəzləmək üçün nəzərdən keçirdiyi dörd namizədin adı açıqlanıb.

Publika.az "The Athletic"ə istinadən xəbər verir ki, “kral klubu” bir müddətdir Yurgen Klopp, Zinəddin Zidan, Didye Deşam və Maurisio Poçettinonun namizədliklərini dəyərləndirir.

Klopp klub rəhbərliyi arasında böyük hörmətə malik olsa da, onun təyinatı az ehtimal olunur. Buna səbəb alman mütəxəssisin “Red Bull” sistemində fəaliyyətini davam etdirmək istəməsidir.

Zidanın isə “Real”ın prezidenti Florentino Peres tərəfindən komandaya qaytarılmaq istəndiyi bildirilir. Lakin hesab olunur ki, fransalı mütəxəssis Fransa millisinə can atır və 2026-cı il dünya çempionatından sonra Didye Deşamın yerini tutacaq.

Chosen
14
publika.az

1Sources