İsraildə qeyri-adi təbiət hadisəsi baş verib. On minlərlə arıdan ibarət nəhəng sürü bir neçə bölgədə yaşayış məntəqələrini və hərbi obyektləri əhatə edib.
Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.
Məlumata görə, arılar sürü halında hərəkət edərək bəzi ərazilərdə səmanı sarı bulud kimi örtüb, nəticədə görünüş məhdudlaşıb və əhali arasında təşviş yaranıb. Hadisə ilə əlaqədar ölkə daxilində “arı xəbərdarlığı” elan edilib.
Bildirilir ki, vəziyyət İsrail Hərbi Hava Qüvvələrinin bəzi uçuşlarına da təsir edib. Təhlükəsizlik məqsədilə bəzi hərbi təyyarələrin uçuşları müvəqqəti dayandırılıb. Səbəb kimi arıların mühərriklərə və həssas avadanlıqlara zərər vurma riski göstərilir.
Hakimiyyət orqanları vətəndaşlara qapı-pəncərələri bağlı saxlamağı və açıq ərazilərdən uzaq durmağı tövsiyə edib. Arıların bu qədər kütləvi şəkildə toplanmasının səbəbləri araşdırılır, ilkin ehtimallar arasında hava şəraiti və ekoloji dəyişikliklər qeyd olunur.
Musavat.com